"L'Equipe" qəzeti Safonovu Fransa çempionatının 20-ci turunun ən yaxşı qapıçısı adlandırıb.

"Paris Sen-Jermen"-in rusiyalı qapıçısı Matvey Safonov ən yaxşı qapıçı adına layiq görülüb. O, "Strasburq"-la matçda bir qol buraxıb və penaltidən zərbəni dəf edib. Parislilər 2-1 hesabı ilə qalib gəliblər.
Safonov matçın oyunçusu seçilib. PSJ-nin başqa heç bir oyunçusu ulduzlar komandasına daxil olmayıb.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Zeynəb Şahmarova
