“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Matetanın “Milan”a transferi tibbi müayinələrdə ortaya çıxan problemlər səbəbindən risk altına düşüb.

Bu barədə “BBC Sport” məlumat yayıb. Bildirilib ki, fransalı futbolçu dizindəki problemə görə ilkin və əlavə tibbi müayinələrdən keçib. İtaliya klubu isə 28 yaşlı oyunçu üçün nəzərdə tutulan 30 milyon funt sterlinqlik transferdən imtina etməyə yaxındır.
Matetanın “Selhurst Park”ı tərk etmək istədiyi qeyd olunur. “Kristal Pelas” rəhbərliyi onu əvəzləyəcək futbolçu tapmadan satışa razılıq vermək istəmirdi və bu məqsədlə “Vulverhempton”un hücumçusu Yorgen Strand Larsen üçün 48 milyon funtluq razılaşma əldə edib.
“Nottingem Forest” klubu da Mateta ilə maraqlanıb və 35 milyon funtluq təklifi rədd edilib.
Komandanın baş məşqçisi Oliver Qlasner bildirib: “Ümid edirəm ki, ya Mateta qalacaq, ya da başqa hücumçu gələcək. Transfer pəncərəsinin sonu yaxınlaşdıqca işlər çətinləşir".
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
