Milli Futbol Liqası (NFL) beynəlxalq genişlənmə strategiyası çərçivəsində 2026-cı ildə Madriddəki “Santyaqo Bernabeu” stadionuna qayıtmağı planlaşdırır. Bu barədə liqa məlumat yayıb.
Mənbələrin təsdiqlədiyinə görə, çoxillik razılaşma 2027-ci ildə eyni arenada daha bir oyunun keçirilməsini də nəzərdə tutur. Həmin qarşılaşma hələlik rəsmi şəkildə elan edilməyib.
NFL-in İspaniya üzrə direktoru Rafa De los Santos məsələ ilə bağlı açıqlamasında bildirib:
“Madrid kimi dünya səviyyəli mədəni və idman mərkəzində oyunların keçirilməsi ilə bağlı bu çoxillik öhdəlik bizim bu bazara olan sadiqliyimizi açıq şəkildə nümayiş etdirir”.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
