Rusiya diplomatik xidmətinin məlumatına görə, Rusiya və Kuba xarici işlər nazirləri Sergey Lavrov və Bruno Rodriges Parrilla telefon danışığı aparıblar. Söhbət zamanı Moskva Havanaya iqtisadi və hərbi təzyiqin qəbuledilməz olduğunu bir daha təsdiqləyib.

Nazirlər ikitərəfli əməkdaşlığın prioritet məsələlərini və beynəlxalq məsələləri, həmçinin Moskva ilə Havana arasında qarşıdan gələn təmasların cədvəlini də müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir müddət əvvəl ABŞ-nin Kubaya maksimum təzyiq göstərdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton ada dövlətini iqtisadi cəhətdən boğmaq istəyib. Diplomat vurğulayıb ki, Moskva Amerika administrasiyasının hərəkətlərini qətiyyətlə pisləyib.
Mənbə: News.ru
Tərcümə etdi: Əli Balayev
