Bu gün:

İranın Ali Lideri regional müharibə barədə xəbərdarlıq edib


İranın Ali Lideri Ayətullah Əli Xamenei xəbərdarlıq edib ki, hər hansı bir hücum regional münaqişəyə səbəb olacaq. Bu xəbərdarlıq ABŞ-nin yaxınlıqdakı qüvvələrini artırmağa davam etdiyi bir vaxtda edilib.Yarımrəsmi "Tasnim" xəbər agentliyinin sitat gətirdiyi Xamenei bildirib: "Amerikalılar bilməlidir ki, əgər müharibəyə başlasalar, bu dəfə bu, regional bir müharibə olacaq".

Buna baxmayaraq, Tramp İranın nüvə ambisiyaları və hökumət əleyhinə etirazlara qarşı həyata keçirdiyi ölümlü repressiyalardan sonra bu ölkəyə müdaxilə edəcəyi ilə hədələyib.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova 


Paylaş
Şərh əlavə et