İngiltərə Premyer Liqasının növbəti mərhələsində “Liverpul” doğma meydanda “Nyukasl”la qarşılaşıb. Görüşdə əsas diqqət fransalı hücumçu Hüqo Ekitikenin oyununa yönəlib.

Bu barədə məlumat “BBC Sport”un rəsmi internet səhifəsində yer alıb. Bildirilib ki, qarşılaşmanın 36-cı dəqiqəsində Entoni Qordon “Nyukasl”ı önə çıxarsa da, Ekitike oyunun gedişində iki qol vuraraq matçın taleyini dəyişib.
Nəticədə “Liverpul” 4:1 hesabı ilə qalib gəlib. Komandanın baş məşqçisi Arne Slot futbolçusunun çıxışını yüksək qiymətləndirərək onun sürətli və xüsusi oyunçu olduğunu bildirib.
Qeyd olunub ki, “Nyukasl” klubu Ekitikeni daha əvvəl bir neçə dəfə transfer etmək istəyib. Futbolçu əvvəl PSJ-yə, daha sonra “Ayntraxt Frankfurt”a keçib və ötən yay “Liverpul”un heyətinə qatılıb.
“Nyukasl”ın baş məşqçisi Eddi Hau isə deyib: “Ekitike güclü oyunçudur, həm sürətlidir, həm də qapını yaxşı nişan alır".
Məlumata görə, Hüqo Ekitike artıq “Liverpul”un heyətində 15 qola imza atıb və Premyer Liqada diqqət mərkəzindədir.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
