Bu gün:

"Barselona" səfərdə "Elçe"ni məğlub edib


İspaniya çempionatının 22-ci turundaki səfərdə "Elçe" 3:1 məğlub olub.

Qonaqlardan Lamin Yamal, Ferran Torres və Markus Reşford, ev sahiblərindən isə Alvaro Rodrigez qol vurub.

"Barselona" bütün yarışlarda ardıcıl dördüncü qələbəsini qazanıb.Onların 22 oyundan 55 xalı var və İspaniya liqasının turnir cədvəlində birinci yerdədirlər. "Elçe" 6 oyunluq qələbəsiz seriyaya malikdir və 12-ci yerdədir (22 oyundan 24 xal).

"Barselona" növbəti matçını 7 fevralda "Malyorka" ilə keçirəcək. "Elçe" isə həmin gün səfərdə "Real Sosyedad"–la qarşılaşacaq.

Mənbə: Sport-express.ru

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et