ABŞ-nin Azərbaycandakı səfirliyi "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasını təbrik edib.
24media.az bildirir ki, məlumat ilk olaraq səfirliyin sosial şəbəkə hesabında dərc olunub.
Səfirliyin paylaşımında bildirilir ki, “ABŞ Səfirliyi "Qarabağ" FK-ni UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edir. Bu nailiyyət Azərbaycan futbolu üçün tarixdə ilk dəfə qeydə alınır. Komandanın bu uğuru ardıcıl göstərdiyi əzmkar oyunların, intizamın və peşəkarlığın məntiqli nəticəsidir. ABŞ isə iyunda keçiriləcək FIFA Dünya Çempionatına ev sahibliyinə hazırlaşarkən idmanın insanları birləşdirən, sərhədləri və mədəni fərqləri aşan gücünü bir daha xatırladır. Ümid edirik ki, futbol dünyasının dörd bir yanındakı azarkeşləri sevindirəcək daha çox unudulmaz anlar yaşanacaq”.
Aytac Musayeva
