Bu gün:

Xaçatryan: Ermənistan ilə Türkiyə arasında sərhədlərin açılması vacibdir


24media.az Report-a istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçatryan Dünya İqtisadi Forumunda çıxışı zamanı Ermənistan və Türkiyə arasında yaxşı qonşuluq münasibətlərinin vacibliyini vurğulayıb və sərhədlərin açılmasının regionun iqtisadi inkişafı üçün mühüm olduğunu bildirib.

Xaçatryan qeyd edib ki, siyasətdə müxtəlif maraqlar mövcud olsa da, ölkələrin iqtisadi inkişafı, xalqların rifahı və qonşularla mehriban münasibətlər prioritet olmalıdır: "Əgər biz xüsusi olaraq problemlər axtarsaq, onları taparıq. Lakin buna ehtiyac yoxdur. Bizim qonşumuz var – Türkiyə, və biz onunla qonşu olmalıyıq".

Prezident həmçinin region ölkələri arasında kommunikasiyaların açılmasını vacib sayıb: "Biz sərhədləri açmalıyıq – İranla olduğu kimi, Gürcüstanla olduğu kimi. Bütün bu ölkələrdə baş verən proseslərə müxtəlif yanaşmalar mövcuddur, lakin Ermənistanın marağı sonda sülh, yaxşı qonşuluq və qarşılıqlı faydalılıq prinsipləri ilə üst-üstə düşür".

Səidə Abasova

Paylaş
Şərh əlavə et