Bu gün:

Szoboslayi Salahla bağlı yayılan söz-söhbətlərə münasibət bildirib


İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Dominik Szoboslayi komanda yoldaşı Məhəmməd Salahın gələcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib. O, Misirli futbolçu ilə demək olar ki, hər gün ünsiyyətdə olduğunu, lakin onun klubdakı gələcəyi barədə fikir bildirməyəcəyini qeyd edib.

Bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb. Bildirilib ki, Salahın Çempionlar Liqasının Marseldə keçiriləcək oyunu üçün “Liverpul”un heyətində yer alıb-almayacağı yaxın günlərdə bəlli olacaq.

Szoboslayi bildirib ki, Salahın gələcəyi ilə bağlı qərar yalnız klub və baş məşqçi Arne Slot tərəfindən veriləcək: “Bu məsələ mənimlə onun arasında deyil. Qərarı klub və baş məşqçi verir”.

Qeyd edək ki, Arne Slot daha əvvəl Salahın komandaya qayıdışından məmnun olduğunu açıqlayıb.

Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et