Bu gün:

Arbeloa: “Monako üzərində qələbə bizi məqsədimizə yaxınlaşdıracaq”


“Real Madrid”-in baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının VII turunda “Monako” ilə oyun öncəsi mətbuat konfransı keçirib. O, komandanın hazırkı durumundan məmnun olduğunu bildirib.Mütəxəssis şənbə günü qazanılan qələbədən sonra futbolçuların əhval-ruhiyyəsinin yüksək olduğunu və qarşıdakı matça tam kökləndiklərini vurğulayıb: “Komanda yaxşı formadadır. Sabahkı oyunun nə qədər vacib olduğunu bilirik. Qələbə bizi məqsədimizə xeyli yaxınlaşdıracaq”.

Mətbuat konfransından əvvəl Arbeloa Kordobada baş vermiş qatar qəzasında həlak olanların ailələrinə başsağlığı verib və “Real Madrid”-in onlarla həmrəy olduğunu qeyd edib.

Mənbə: Real Madrid 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et