Bu gün:

Rusiya G7 görüşünə dəvət almayıb


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Parisdə keçiriləcək G7 görüşünə dəvət almayıb. Fransa prezidenti Emmanuel Makron sammitin təşkilini təklif edib və Trampa məktubunda Rusiyaya dəvət göndərməklə bağlı məsələyə toxunub. Peskov isə belə bir təklifin heç vaxt gəlmədiyini iddia edir.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Truth Social-da Fransa prezidentinin şəxsi mesajını dərc etdirib. Avropa lideri Parisdə G7 görüşünün keçirilməsini və Rusiyanı da dəvət etməyi təklif edib. Məktubda Fransa prezidenti Trampı dostu adlandırıb və Suriya ilə bağlı ortaq mövqelərini qeyd edib.

Daha əvvəl "Politico" nəşri Ukrayna nümayəndə heyətinin Davosda keçirilən Dünya İqtisadi Forumunda nümayəndələrin diqqətini cəlb etməkdə çətinlik çəkdiyini bildirib. Nəşr qeyd edib ki, tədbir iştirakçılarının diqqəti Qrenlandiya ətrafındakı vəziyyətlə bağlı transatlantik əməkdaşlıqdakı daxili böhrana yönəlib.

Aİ Xarici İşlər Naziri Kaja Kallas əvvəllər ABŞ-ni Ukrayna böhranından yayınmamağa çağırıb. O, Qrenlandiya ilə bağlı mübahisəli məsələlərin "NATO daxilində" həll edilməli olduğunu bildirib.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et