Bu gün:

Lavrov: "Bəzi avropalılardan fərqli olaraq, ABŞ Arktika Şurasında müzakirələri bərpa etməkdə maraqlıdır"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ildə Rusiyanın diplomatik fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında bildirib ki, ABŞ Arktika Şurası çərçivəsində məsləhətləşmələrin bərpasında maraqlıdır. Nazirin sözlərinə görə, Vaşinqton Avropa ölkələrindən məhz bu cəhətlə fərqlənib.

Lavrov bildirib ki, bəzi avropalılardan fərqli olaraq, ABŞ Arktika Şurası daxilində müzakirələri bərpa etməkdə maraqlıdır, baxmayaraq ki, bu əlaqələr texniki səviyyədə saxlanılıb.

Qrenlandiya ətrafındakı fikir ayrılıqlarına gəldikdə, nazir bunların müstəmləkə dövründən miras qalan məsələləri əks etdirdiyini söyləyib. Lavrov bununla dünyanın ən böyük adasının statusu və gələcəyi ilə bağlı davam edən müzakirələrə münasibət bildirib.

Lavrov həmçinin Rusiya ilə İtaliya arasındakı münasibətlərin hazırda çox pis vəziyyətdə olduğunu etiraf edib. O, Moskva ilə Roma arasındakı qarşılıqlı əlaqələrin ən aşağı nöqtəyə çatdığını qiymətləndirib.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et