Bu gün:

Premyer Liqada hakim qalmaqalı: Diuqu Dalotun epizodu müzakirə obyektinə çevrilib


İngiltərə Premyer Liqasının "Mançester Yunayted" - "Mançester Siti" derbisində (2:0) yaşanan hakim qərarı beynəlxalq futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Oyunun 10-cu dəqiqəsində "qırmızı şeytanlar"ın müdafiəçisi Diuqu Dalotun rəqib oyunçu Jeremi Dokunun diz nahiyəsinə butsları ilə endirdiyi təhlükəli zərbə diqqət mərkəzinə düşüb.

Bu barədə məlumat Britaniya mətbuatında yer alıb. Bildirilib ki, matçın baş hakimi Entoni Teylor bu epizoda görə Dalota yalnız sarı vərəqə göstərməklə kifayətlənib, VAR hakimi isə qərara müdaxilə etməyib. Mütəxəssislər, o cümlədən Alan Şirer bunun aşkar qırmızı vərəqə olduğunu və VAR sisteminin böyük səhvə yol verdiyini qeyd ediblər.

Təhlillər zamanı vurğulanıb ki, bu hadisə Avropa turnirlərində baş versəydi, futbolçu dərhal meydandan qovulardı. Bu qərar Premyer Liqanın sərt oyuna verdiyi icazə ilə qitənin digər hissələrindəki qayda tətbiqi arasındakı kəskin fərqi bir daha ortaya qoyub.

Məsələ ilə bağlı hakimlər korpusunun (PGMO) geniş rəyi və mümkün yeni təlimatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et