Bu gün:

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib


Seneqal Mərakeşi məğlub edərək Afrika Millətlər Kubokunun qalibi olub.

Qalib 18 yanvar bazar günü keçirilən final oyunu ilə müəyyənləşib. Seneqal turnirin ev sahibi Mərakeşlə qarşılaşıb və əsas vaxt 0-0 hesabı ilə başa çatıb.

Seneqallı Pape Guye yeganə qolu əlavə vaxtda vurub. Mərakeş əlavə vaxtın sonlarında penaltidən qola keçsəydi, qələbə qazana bilərdi, amma Brahim Diaz bunu edə bilməyib.

Seneqal tarixində ikinci dəfə Afrika Millətlər Kubokunu qazanıb.Onlar ilk dəfə turniri 2021-ci ildə qazanıblar.


Mənbə: Lenta.ru

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et