Bu gün:

Trampın Kanada ilə bağlı yeni planları ABŞ-də açıqlanıb


NBC-nin hazırkı və keçmiş administrasiya rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Kanadaya bitişik Arktika sularında Amerikanın mövcudluğunu gücləndirməyi nəzərdən keçirib. Təklif bölgəni patrul etmək üçün əlavə buzqıran gəmilərin alınmasını nəzərdə tutub.

Mənbə bildirib ki, Tramp orada dəniz patrulları aparmaq üçün daha çox buzqıran gəmi əldə etməkdə maraqlı olduğunu bildirib.

Məqalədə vurğulanıb ki, Trampın marağı onun Kanadanın Arktika zonasındakı "zəifliyini" qiymətləndirməsindən qaynaqlanıb. Rəsmilər müvafiq xərclərin 2027-ci il ABŞ hərbi büdcəsinə daxil edilə biləcəyini istisna etmiyiblər.

Kanada əvvəllər Venesuela və Qrenlandiyadan sonra ölkənin Trampın növbəti hədəfi ola biləcəyi ilə bağlı narahatlıqlarını bildirib. Ölkə daxilində Ağ Ev administrasiyasının Ottavanı Vaşinqtonun tələblərini yerinə yetirməyə məcbur etmək üçün "hərbi məcburiyyət" taktikalarından istifadə edə biləcəyinə dair şübhələr olub.

Bu arada, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-nin artıq Qrenlandiya ilə bağlı qərar verdiyini bildirib. O, həmçinin Kanadanın Venesuela və Qrenlandiya ilə eyni aqibəti yaşayıb-yaşamayacağın da sual altına alıb.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et