Bu gün:

Real Madrid Çempionlar Liqasına hazırlaşır


Levante üzərində qazanılan qələbədən sonra Real Madrid komandası Real Madrid Sitidə məşqlərə qayıdaraq Çempionlar Liqasının 7-ci turu çərçivəsində “Santyaqo Bernabeu”da Monakoya qarşı keçiriləcək oyuna hazırlıqlara başlayıb.

Levante ilə oyunda meydanda olan futbolçular bərpa məşqlərini qapalı məkanda yerinə yetiriblər. Digər oyunçular isə məşqlərə idman zalında güc çalışmaları ilə başlayıblar. Daha sonra komanda meydançaya çıxaraq metabolik tapşırıqlarla növbələşən xüsusi zərbə və hücum vəziyyətləri üzərində işləyib.

Rüdiger və Rodriqo fərdi qaydada məşq ediblər. Militão, Mendi və Trent isə reabilitasiya proseslərini davam etdirirlər.

Mənbə: Real Madrid 

Tərcümə etdi: Mələk Nəsirli 

Paylaş
Şərh əlavə et