Bu gün:

Tramp Qrenlandiya ilə bağlı bir sıra ölkələrdə gömrük rüsumunu artıracaq


ABŞ Prezidenti Donald Tramp Avropanı Qrenlandiya məsələsində “təhlükəli oyunlar oynamaqda” ittiham edib. O, Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyaya 10 faiz gömrük rüsumu tətbiq olunacağını açıqlayıb.

ABŞ-nin prezidenti Donald Tramp ABŞ mərkəzli "TruthSocial" sosial media platformasında yayımladığı açıqlamada bildirib ki, ABŞ uzun illər ərzində Danimarkanı və Avropa İttifaqına üzv ölkələri gömrük rüsumu və digər ödəniş formaları tətbiq etmədən dəstəkləyib. Onun sözlərinə görə, “indi isə yüzilliklər sonra Danimarkanın cavab vermə vaxtı çatıb. Dünya sülhü təhlükə altındadır. Çin və Rusiya Qrenlandiyanı istəyir və Danimarkanın buna mane olmaq üçün edə biləcəyi heç nə yoxdur”.

O bildirib ki: "Xüsusilə ABŞ-nin və ümumilikdə dünyanın milli təhlükəsizliyi təhlükə altında olduğuna görə, bu müqəddəs torpaq parçasına heç kim toxunmayacaq”.

Trampın sözlərinə görə, Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiya “naməlum məqsədlərlə” Qrenlandiyaya səfər ediblər. Keçmiş prezident bu vəziyyəti “planetin təhlükəsizliyi, sabitliyi və yaşaması üçün son dərəcə təhlükəli” kimi qiymətləndirərək bildirib: “Bu ölkələrin oynadığı bu təhlükəli oyun davamlı və qəbuledilməz risk yaradır”.

Bununla əlaqədar o, adıçəkilən səkkiz Avropa ölkəsinə qarşı 1 fevral 2026-cı ildən etibarən 10 faiz, 1 iyun 2026-cı ildən sonra isə 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb. Tramp bildirib ki, bu rüsumlar Qrenlandiyanın “tam və qeyd-şərtsiz şəkildə satın alınması barədə razılaşma əldə olunana qədər” qüvvədə qalacaq.

Prezident əlavə edib ki, ABŞ Qrenlandiyanı əldə etmək əməliyyatını “150 ildən artıqdır ki, həyata keçirməyə çalışır”. Onun sözlərinə görə, bir çox ABŞ prezidenti bu məsələdə cəhd göstərsə də, Danimarka bunu daim rədd edib.

Tramp açıqlamasının sonunda ABŞ-nin Danimarka və digər aidiyyəti ölkələrlə bu məsələ üzrə “təcili danışıqlara açıq” olduğunu qeyd edib.


Mənbə: CNN Türk

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et