Suriyanın Deyr əz-Zor əyalətində ayağa qalxan qəbilə qüvvələri YPG terror təşkilatının nəzarətində olan bütün əraziləri ələ keçirərək əyaləti tam şəkildə təşkilatdan azad edib.

Yerli mənbələrin məlumatına görə, qəbilə qüvvələri dünən axşam saatlarından etibarən YPG-yə qarşı genişmiqyaslı irəliləyişə başlayıb və qısa müddət ərzində əyalət boyu nəzarəti təmin ediblər. Deyr əz-Zorun cənub və mərkəzi hissələrindən sonra qüvvələr şimala doğru irəliləyərək Rakka və Haseke sərhədlərinə qədər uzanan əraziləri də nəzarət altına alıblar. Bununla da YPG-nin əyalət üzrə mövcudluğunun tamamilə aradan qaldırıldığı bildirilir.

Nəzarətə götürülən yaşayış məntəqələri arasında Muheymide, Suveydan əl-Cəzirə, Murat, Giranic, Et-Tayyane, El-Cerzi, Hatla, El-Huseyniyye, Halebiyye Meydanı, El-Baghur, Elbu Bedran, El-Bahra, Es-Suse, Abu Hardub, Eş-Şenan, Denec, Zeyban, Havaic, Şehl, Busayra, Subha, Dehla, Cədid Bəkkara, Huşam, Mazlum, El-Hisan, Cəfra yatağı, Huveyic Bumasa və Sava yer alır.
Deyr əz-Zor Valiliyinin açıqlamasında qeyd olunub ki, qəbilə qüvvələri həmçinin əvvəllər Suriyanın ən böyük enerji mərkəzlərindən sayılan Ömər neft yatağı və Kuniko təbii qaz yatağının yerləşdiyi əraziləri də YPG/SDG terror təşkilatından azad ediblər.
https://share.google/ZdBCwN8VTzctcxnbS
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
