Suriya Prezidenti Əhməd Şara ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tomas Barakla Dəməşqdə görüşüb.
Suriya Prezident Aparatının açıqlamasında bildirilib ki, görüş paytaxt Dəməşqdə yerləşən Xalq Sarayında keçirilib.
Görüş Fərat çayının hər iki tərəfində gərginliyin davam etdiyi bir dövrdə baş tutub. Çayın qərb hissəsində Suriya ordusu ilə YPG terror təşkilatı arasında toqquşmaların intensivləşdiyi, şərq hissəsində isə ərəb qəbilələri ilə YPG arasında silahlı qarşıdurmaların davam etdiyi qeyd olunur.
Görüşün məzmunu ilə bağlı əlavə məlumat verilməyib.
https://share.google/cCAAt8R9684M5jCGK
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
