Bu gün:

ABŞ-nin Qrenlandiyanı işğal etməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib


ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək təklifinə qarşı çıxan Qərb müttəfiqlərinə ticarət təzyiqləri ilə hədələməsi misli görünməmiş bir addımdır. Bu, ABŞ-nin ən yaxın müttəfiqlərinə qarşı iqtisadi təzyiq kimi qiymətləndirilir və NATO ilə Qərb alyansını sarsıda biləcək risk daşıyır.

Müttəfiq ölkələrin rəsmiləri ABŞ-dən gələn son qərarın gözlənilmədən və qısa müddət ərzində elan edilməsinin onları çaşdırdığını bildiriblər. Məlumata görə, heç kim belə bir təhdidin real olaraq həyata keçiriləcəyini ehtimal etməyib. Bunun ABŞ Konqresi və administrasiyası daxilində nə dərəcədə dəstək tapacağı isə hələlik məlum deyil. 


Bəzi ekspertlər bu addımı “Tramp həmişə qorxur” (TACO) modeli kimi qiymətləndirirlər. Yəni verilən bəyanatın sərt olmasına baxmayaraq, təhdidin gerçək icrasının ehtimalının aşağı olduğu qeyd edilir.


Analitiklər, həmçinin bildiriblər ki, Kanada ABŞ ilə ticarətdə yaranan mümkün itkiləri digər ölkələrlə əlaqələri genişləndirməklə kompensasiya etməyi bacarıb.


Mənbə: BBC

Tərcümı etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et