Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ölkəyə "uyğun vaxt gələndə" rəhbərlik edəcəyinə söz verib.

"Bir missiya var və biz Venesuelanı o lütf diyarına çevirəcəyik və inanıram ki, vaxtı çatanda Venesuelanın ilk qadın prezidenti, prezidenti seçiləcəyəm", - deyə o, "Fox News"-a bildirib.
Onun bu sözləri prezident Donald Trampa Nobel Sülh Mükafatı medalını təqdim etməsindən bir gün sonra səslənib və bunu onun Venesuelanın azadlığına sadiqliyinin tanınması adlandırıb.
ABŞ Venesuela prezidenti Nikolas Maduronu 3 yanvarda Karakasda həbs edərək müxtəlif narkotik və silah ittihamları ilə üzləşmək üçün Nyu-Yorka aparıb.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
