Bu gün:

Arni Slotdan Məhəmməd Salahla bağlı açıqlama gəlib


"Liverpul"un baş məşqçisi Arni Slot Misir millisinin heyətində Afrika Millətlər Kubokunda (AFCON) iştirak edən ulduz futbolçu Məhəmməd Salahın gələn həftə komandaya qayıdacağını təsdiqləyib. Futbolçu Nigeriya ilə üçüncülük matçından sonra Mersisayda yola düşəcək.

Mətbuat konfransında çıxış edən Slot Məhəmməd Salahın komanda üçün əvəzolunmazlığını vurğulayaraq bildirib: "Heyətimdə 15 hücumçum olsa belə, Mo-nun qayıdışı məni çox sevindirərdi". Baş məşqçi, həmçinin Salah ilə aralarında yaranmış narazılıq iddialarına da toxunaraq, şəxsi söhbətlərin aralarında qalacağını və heç bir problemin olmadığını qeyd edib.

Hazırda zədəlilərin çoxluğu səbəbindən Salahın qayıdışı "Liverpul" üçün kritik əhəmiyyət kəsb edir. Onun gələn həftə keçiriləcək "Marsel" və ya "Bornmut" matçlarında iştirakı barədə son qərar yaxın günlərdə veriləcək.


Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et