ABŞ Konqresinin iki partiyadan ibarət bir qrup üzvü Danimarkaya səfər edir. Bu səfər Prezident Donald Trampın ABŞ-nin Arktikada Danimarkaya məxsus yarı-muxtar bölgə olan Qrenlandiyanı ilhaq etməsi ilə bağlı artan təzyiqləri fonunda dəstək nümayişi kimi qiymətləndirilir.

Qrenlandiyalıların əksəriyyəti Trampın adanı almaq təklifinə və ya onu güc yolu ilə ələ keçirməyə qarşıdır.
11 nəfərlik nümayəndə heyəti deputatlarla yanaşı, Danimarkanın Baş naziri Mette Frederiksen və onun qrenlandiyalı həmkarı Yens-Frederik Nielsen ilə görüşüb.
Qeyd edək ki, səfər Vaşinqtonda keçirilən yüksək səviyyəli danışıqlardan bir neçə gün sonra baş tutub, lakin həmin danışıqlar Trampı planlarından çəkindirməyə müvəffəq olmayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
