Bu gün:

Tszyu–Zerafa döyüşü yarımçıq dayandırılıb


Avstraliyada böyük maraqla gözlənilən Nikita Tszyu ilə Michael Zerafa arasında planlaşdırılan boks qarşılaşması yarımçıq dayandırılıb.

Döyüş ikinci raundda baş verən təsadüfi baş-toqquşması səbəbindən davam etdirilməyib.

Brisbane Entertainment Centre-də keçirilən qarşılaşma gərgin və yüksək tempdə başlayıb. İkinci raundda boksçuların yaxın məsafədə apardığı mübarizə zamanı başlarının toqquşması nəticəsində Michael Zerafa zədə alıb. Hadisədən sonra ringə daxil olan tibbi heyət döyüşün davam etdirilməsinin mümkün olmadığını bildirib.

Rəsmi qərara əsasən, qarşılaşma “no contest” statusu ilə qeydə alınıb və qalib müəyyənləşdirilməyib. Döyüşün bu şəkildə başa çatması tribunalarda toplaşan azarkeşlərin narazılığına səbəb olub.

Qeyd edək ki, Tszyu ilə Zerafa arasında keçirilən bu görüş boks ictimaiyyətində uzun müddətdir davam edən rəqabət fonunda xüsusi maraq doğururdu. Döyüşdən əvvəl çəkiölçmə mərasimində yaşanan gərginlik də qarşılaşmaya diqqəti daha da artırıb.

Tərəflər arasında mümkün revanş döyüşü ilə bağlı müzakirələrin aparılması istisna edilmir. Bu barədə yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.

Mənbə: Abc.net.au

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et