Bu gün:

Santanderlə oyun üçün heyət açıqlanıb


İspaniya Superkubokunu qazanan “Barselona” diqqətini növbəti hədəflərə yönəldib. Kataloniya təmsilçisi bu gün Kral Kubokunun 1/8 final mərhələsi çərçivəsində səfərdə “Rasinq Santander”lə qarşılaşacaq. Oyun “El Sardinero” stadionunda keçiriləcək.

Baş məşqçi Hansi Flik qarşılaşmaya ciddi yanaşır və Segunda Divizionun liderinə qarşı heç bir riski gözə almaq istəmir. Alman mütəxəssis zədəli Qavi və Kristensen, həmçinin cəzalı Frenki de Yonq istisna olmaqla, əsas komandanın bütün üzvlərini heyətə cəlb edib.

Santanderə səfər üçün açıqlanan heyətdə Ter Ştegen, Kanselo, Balde, Arauxo, Kubarsi, Ferran Torres, Pedri, Levandovski, Lamin Yamal, Rafinya, Joan Qarsiya, Reşford, Fermin Lopes, Kasado, Gerard Martin, Runi, Dani Olmo, Bernal, Kunde, Erik Qarsiya, Şesni və Tommi yer alıb.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et