Bu gün:

xG statistikası Premyer Liqada mövsümün taleyinə aydınlıq gətirib


İngiltərə Premyer Liqasında mövsümün böyük hissəsi geridə qaldıqdan sonra “gözlənilən qollar” (xG) statistikası komandaların real güc nisbətini və mövsümün qalan hissəsi üçün mümkün ssenariləri ortaya qoyub.

Bu barədə BBC Sport-un analitik materialında məlumat verilib. Bildirilib ki, xG göstəricisi komandaların hücum və müdafiədəki effektivliyini əks etdirir və tarixən bu göstəricidə üstün olan komandalar daha çox uğur qazanırlar.

Cari mövsümdə ən yüksək xG fərqinə malik komanda “Arsenal”dır. Son dörd mövsümün üçündə bu göstəricidə lider olan komanda Premyer Liqanın qalibi olub. İstisna hal isə 2023–2024 mövsümündə, “Mançester Siti”nin çempionluq qazanması ilə qeydə alınıb.

Analitiklər hazırkı vəziyyətdə çempionluq uğrunda mübarizənin əsasən “Arsenal” və “Mançester Siti” arasında gedəcəyini bildirirlər. Çempionlar Liqasına vəsiqə uğrunda isə “Liverpul”, “Mançester Yunayted”, “Nyukasl” və “Çelsi”nin mübarizə aparacağı gözlənilir.

Aşağı pillələrdə “Nottingem Forest” və “Lids”in vəziyyətini nisbətən yaxşılaşdırdığı, bəzi komandaların isə mövsüm irəlilədikcə hazırkı formalarını qorumaqda çətinlik çəkə biləcəyi vurğulanıb.


Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et