Hazırda transfer danışıqları üçün Milanda olan "Qalatasaray" rəhbərliyi ötən yay sarı-qırmızılı klubun da radarında olan millimizin futbolçusu Hakan Çalhanoğlu ilə bağlı "İnter"lə görüşəcək.

İtaliyaya səfər edən "Qalatasaray" rəhbərləri Milanda görüşlərini davam etdirir. Transferlərdən məsul olan rəhbərlərin yaxın günlərdə Hakan Çalhanoğlu ilə bağlı danışıqlar aparacağı gözlənilir. Mövsümün əvvəlində milli futbolçunu da "Qalatasaray"la əlaqələndirən "İnter" yay transfer pəncərəsi zamanı 15 milyon avroluq transfer tələb edib. İtaliya komandasının qış transfer pəncərəsində Hakan Çalhanoğlu üçün gözləntisinin 20 milyon avro olduğu öyrənilib.
Təcrübəli yarımmüdafiəçi üçün hələ ki, rəsmi təkliflə çıxış etməyən rəhbərlik yaxın günlərdə futbolçu və klubu ilə əlaqə saxlamağa hazırlaşır. Tərəflərin razılığa gələcəyi təqdirdə Hakan Çalhanoğlunun "Qalatasaray"a keçməyə açıq olduğu bildirilib.
Mənbə: Hürriyet
Tərcümə etdi: Banuçiçək Qurbanova
