Bu gün:

Dünya çempionatına maraq rekord həddə çatıb


2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı hələ başlamamış dünya üzrə böyük maraq doğurub.Turnirlə bağlı bu gün yayılan məlumatlara əsasən, biletlərə və oyunlara olan maraq əvvəlki dünya çempionatları ilə müqayisədə xeyli yüksək olub.

Məlumata görə, azarkeşlər xüsusilə final mərhələsi, eləcə də güclü komandalar arasında baş tutacaq qarşılaşmalar üçün biletlərə daha çox üstünlük verirlər. Rəsmi satış mərhələlərinin başlamasına baxmayaraq, bəzi oyunlar üzrə tələbat təklifi üstələyir. Bu isə dünya çempionatının futbolsevərlər üçün nə qədər cəlbedici olduğunu göstərir.

Mütəxəssislər bildirirlər ki, turnirin ABŞ, Kanada və Meksikada keçirilməsi marağın artmasında əsas amillərdən biridir. Üç ölkənin ev sahibliyi etməsi daha geniş azarkeş kütləsinin stadionlara cəlb olunmasına şərait yaradır. Eyni zamanda, dünya çempionatında iştirak edəcək komandaların sayının artırılması da yarışa olan diqqəti gücləndirib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı futbol tarixində bir sıra yeniliklərlə yadda qalacaq və bu səbəbdən turnirin indidən geniş maraq doğurması təsadüfi sayılmır.

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et