Bu gün:

ABŞ qoşunlarının bir hissəsi Qətərdəki bazanı tərk edəcək


ABŞ hərbi birləşmələrinə Qətərdəki Əl-Udeyd hava bazasından çıxmaq əmri verilib. Oxşar əmr Vaşinqton tərəfindən 2025-ci ilin iyun ayında, ABŞ-nin İrana hücumlarından qısa müddət əvvəl də verilib. Bazada təxminən 10.000 nəfərlik heyət var.

NBC News əvvəllər İsrail və bir neçə ərəb ölkəsinin ABŞ-ni İrana zərbə endirməkdən çəkinməyə çağırdığını bildirib. Onlar hesab edirlər ki, Tehran hələ kifayət qədər zəifləməyib və buna görə də hərbi əməliyyat orada rejim dəyişikliyinə gətirib çıxara bilməz. Bu ölkələr Vaşinqtonun İslam Respublikasındakı vəziyyətin ən gərgin həddə çatmasını gözləməsini təklif ediblər.

Daha əvvəl mənbələr Tramp administrasiyasının Avropa ölkələrindən İrandakı hədəflərlə bağlı kəşfiyyat məlumatları tələb etdiyini bildiriblər. Avropalı bir rəsminin sözlərinə görə, Vaşinqtonun nüvə obyektlərinə zərbə endirməsi ehtimalı azdır, lakin ölkədəki etirazlar zamanı zorakılıqda iştirak edən təşkilatların liderlərinə qarşı tədbirlər görülə bilər.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et