"Fənərbaxça" N'Qolo Kantenin transferində ciddi irəliləyiş əldə edib. "Sarı-göylər"in fransız ulduzla müqavilə şərtlərini razılaşdığı və hazırda prosesin "Əl İttihad"la transfer haqqının müzakirəsindən asılı olduğu bildirilir. Kante 2,5 illik müqaviləyə razılıq verib və "Fənərbaxça" müqaviləni yekunlaşdırmaq üçün "Əl İttihad"ı razı salmalıdır. Sky Sport xəbər verir ki, Kanteyə illik 7 milyon avro və bonuslar təklif olunub və transfer haqqı 8 milyon avro olaraq müzakirə edilir.

Xəbərdə vurğulanıb ki, bu mərhələdə futbolçunun pulsuz transferi mümkün görünmür. "Əl İttihad"ın baş məşqçisi Serxio Konseysaonun Kantenin gələcəyi ilə bağlı suala "Transfer bazarı haqqında danışmaq istəmirəm. Qalan hər bir futbolçunun klubun nüfuzu üçün çalışması lazımdır,"-deyib.
“Sky Sport”un məlumatına görə, “Fənərbaxça” Kanteyə “Əl İttihad”da aldığı maaşdan 70-80% aşağı maaş təklif edib və futbolçu bu təklifi qəbul edib. Eyni hesabatda Kantenin Əl Ittihadda illik 25 milyon avro qazandığı, "Fənərbaxça"nın isə 7 milyon avro əlavə bonuslar təklif etdiyi iddia edilir. Xəbərdə o da qeyd olunur ki, "Fənərbaxça" onun transfer qiyməti üçün "Əl İttihad"a 8 milyon avro ödəyə bilər. Prosesin təfərrüatları iki klub arasında danışıqların gedişindən asılı olacaq.
Kantenin maaşın azaldılmasını qəbul etməsinə "Fənərbaxça"nın son transferləri, nəticələri və klub hədəflərinin təsir etdiyi irəli sürülür. Hesabat həmçinin göstərir ki, oyunçu Dünya Kuboku heyətində yer almaq ambisiyasından irəli gələn müntəzəm rəqabət səbəbilə "Fənərbaxça"ya meyllidir.
Mənbə: Haberler
Təcümə etdi: Banuçiçək Qurbanova
