Bu gün:

"Beşiktaş" "Ankara Keçiörengücü" ilə qarşılaşacaq


Ziraat Türkiyə Kubokunun C qrupunun ikinci həftəsində "Beşiktaş" sabah "Ankara Keçiörengücü"-nü qəbul edəcək.

Tüpraş stadionunda oynanılacaq oyun saat 20:30-da başlayacaq.

Hakim Abdullah Buğra Taşkınsoyun idarə edəcəyi matç ATV-də canlı yayımlanacaq.Türkiyə Kubokunun ilk həftəsində keçirilən derbidə " Fənərbaxça"nı 2-1 hesabı ilə məğlub edən "Beşiktaş", yeni ilin ilk rəsmi matçında Ankara Keçiörengücü ilə qarşılaşacaq və kubokda iki qələbədən ikisini qazanmağı hədəfləyəcək.


Mənbə: Hürriyət 

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et