Milli Futbol Liqasında (NFL) "Wildcard" mərhələsinin son oyununda "Hüston Tekans" doğma meydanda "Pittsburq Stilers"i 30-6 hesabı ilə növbəti mərhələyə yüksəlib. Oyunun taleyi son rübdə "Hüston" müdafiəsinin möhtəşəm oyunu və ardıcıl "touch-down" xalları ilə həll olunub.

Bu məğlubiyyət "Stilers"in 42 yaşlı əfsanəvi kvorterbeki Aaron Rocers üçün karyerasının sonu ola bilər. NFL-in dördqat MVP-si olan Rocers, birillik müqavilədən sonra bu mövsümün onun üçün sonuncu ola biləcəyini daha əvvəl bildirib.
Matçdan sonra açıqlama verən Rocers, hələlik yekun qərar vermədiyini vurğulayıb: "Mövsümün bu cür bitməsi məyusedicidir. İndi bir az uzaqlaşıb, doğru qərar üçün müzakirələr aparmalıyam".
"Hüston" növbəti mərhələdə "Nyu İnqlend Petriots" ilə qarşılaşacaq. "Stilers" isə "pley-off" mərhələlərində ardıcıl 7-ci məğlubiyyətini alaraq turnirlə vidalaşıb.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
