Xabi Alonso Real Madrid-də keçirdiyi uğursuz yeddi aylıq baş məşqçilik dövrünü dəyərləndirib. O, Avropanın aparıcı komandalarına qarşı ağır məğlubiyyətlər və komanda daxilindəki gərginliklərlə yadda qalıb.

Bundesliqada Bayer Leverkusen ilə məğlubiyyətsiz çempionluq yaşayan ispan mütəxəssisi Madrid klubunda eyni uğuru təkrarlaya bilməyib və klubla qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
“Bu mərhələ başa çatıb və istədiyimiz kimi olmayıb. Real Madrid-i çalışdırmaq həm şərəf, həm də məsuliyyət idi”, - Alonso sosial şəbəkədə yazıb. “Kluba, futbolçulara və xüsusilə azarkeşlərə minnətdaram. Əlimdən gələni etdiyim üçün qürurluyam”.
Onun dövründə Valverde və Vinisius Jr ilə yaşanan gərginliklər diqqət çəkib.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
