"Fənərbaxça" uzun zamandır transfer etmək istədiyi Ademola Lookman üçün "Galatasaray" da işə qarışıb. Sarı-qırmızılılar Lookmanı transfer etmək üçün addım atıb və bu, "ilin transfer manevri" kimi şərh olunub. İtalyan jurnalist Di Marzioya görə, "Galatasaray" transfer danışıqları üçün Milanoya gedib. Galatasarayın bu addımı transfer gündəmində sürətlə dəyişiklik yaradıb və "Fənərbaxça"nın Lookmanı almaq şansını itirə biləcəyi deyilib.

“Atalanta”da çıxış edən Ademola Lookman uzun müddətdir ki, “Fənərbaxça”nın transfer radarındadır. Sarı-göylərin futbolçu ilə ciddi təmas qurduğu, hətta ara-sıra razılığa gəldiyi haqda iddiaların olduğu xatırladılıb. Lakin transfer prosesi konkret nəticəyə gəlməyib.
"Qalatasaray"ın Lookmanı transfer etməsi transferin "Fənərbaxça"nın əlindən alına biləcəyi ilə bağlı fikirlərə yol açıb. Sarı-qırmızılıların bu hərəkəti futbol ictimaiyyəti tərəfindən “Qalatasaray ilin transfer zərbəsini Fənərbaxçaya qarşı çəkir” kimi şərh edilib.
Hələlik "Atalanta" və ya oyunçu tərəfindən rəsmi açıqlama verilməsə də, iki klub arasındakı transfer yarışının necə nəticələnəcəyi maraq mövzusu olaraq qalır. Önümüzdəki günlərdə Lookman transferi ilə bağlı inkişaflar yaxından təqib edilir.
Mənbə: Haberler
Tərcümə etdi: Banuçiçək Qurbanova
