Bu gün:

"Real Madrid" və "Barselona" matçından sonrakı hadisələr


"El Klasiko"-da əvəzedici heyətlə meydana çıxan Arda Gülər final fitindən sonra kameraya düşən məyusluğu ilə dünyanın hər yerində xəbər başlıqlarına çıxıb.

Səudiyyə Ərəbistanında çoxdan gözlənilən İspaniya Super Kubokunun finalı olan El Klasiko futbol azarkeşlərinə unudulmaz anlar yaşadıb. Kral Abdullah Stadionunda keçirilən möhtəşəm finalda Barselona Real Madridi 3-2 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırıb. Oyundan sonrakı hadisələr oyunun özü qədər təsirli olub. Xüsusilə Arda Gülərin final fitindən sonra verdiyi reaksiya həm tribunalarda, həm də sosial mediada ajiotaj yaradıb. 

Mənbə: Fanatik

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et