Bu gün:

ABŞ yol ayrıcındadır


Danimarkanın Baş naziri Mette Frederiksen Danimarka və ABŞ-nin Qrenlandiya ilə bağlı "yol ayrıcında" olduğunu ifadə edərək "Bu, tale anıdır,"-deyib.

Danimarkanın Baş naziri Frederiksen ABŞ prezidenti Donald Trampın Venesuelaya hərbi müdaxilədən sonra Qrenlandiya ilə bağlı açıqlamalarına münasibət bildirib. "ABŞ Qrenlandiyaya hərbi müdaxilə edərsə, Danimarkanın bir planı varmı?" sualına Frederiksen belə cavab verib: "Biz bu məsələləri konkret görünəndən daha fundamental şəkildə həll etməliyik. Biz yol ayrıcındayıq. Bu, tale anıdır".

Frederiksen böyük bir təhlükənin söz mövzusu olduğunu ifadə edərək: "ABŞ bir müttəfiqini təhdid edib Qərb ittifaqına, NATO əməkdaşlığına arxa çevirir. Bu, ABŞ-dən daha əvvəl görmədiyimiz bir şeydir. Belə bir şey olarsa, hər şey dayanacaq,"-deyə bildirib.

Vaşinqton administrasiyası ilə Danimarka rəsmiləri arasında Qrenlandiya məsələsini müzakirə etmək üçün gözlənilən görüşlə bağlı Frederiksen əllərindən gələn hər şeyi edəcəklərini deyib.

Mənbə: Hürriyet

Tərcümə etdi: Banuçiçək Qurbanova



Paylaş
Şərh əlavə et