24media.az Report-a istinadən xəbər verir ki, İranın Kərəc şəhərində etirazlar zamanı polisə vətəndaşlar tərəfindən atəş açan silahlı qruplaşmanın üzvləri həbs olunub.

Bu barədə “Tasnim” agentliyi öz mənbələrinə istinadla bildirib. Təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılarla polisə atəş açan şəxslərə qarşı sərt tədbirlər həyata keçiriblər və həmin silahlı qruplaşma üzvlərini tutublar.
Məlumatda o da qeyd olunub ki, müvafiq əməliyyatlar terror xarakterli dəstələrə qarşı yönəldilib və İran hakimiyyət orqanları aksiyalarda fəal rol oynayan şəxslərlə bağlı ciddi nəzarət tədbirləri görürlər. (Report.az)
Səidə Abasova
