Bu gün:

Pep Qvardiola "Qalatasaray"ın ulduz futbolçusunu tərifləyib


"Mançester Siti"nin meneceri Pep Qvardiola müasir futbolda ehtiyac duyulan cinah oyunçusu profilinin keçmişdən bu günə qədər inkişaf etdiyini və "Qalatasaray"dan Leroy Sanenin günümüz futbolunda ideal cinah oyunçusu profilini təmsil etdiyini bildirib.

"Mançester Siti" Premyer Liqanın yüksələn ulduzlarından olan Antuan Semenyonu "Kristal Pelas"dan 65 milyon funta transfer edib və 26 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzaladığını açıqlayıb.

"Mançester Yunayted"in ispaniyalı meneceri Pep Qvardiola bu axşam üçüncü divizion təmsilçisi "Exeter City" ilə İngiltərə Kuboku matçı öncəsi çıxış edərək, futbola lazım olan cinah oyunçusunun profilinin keçmişdən bu günə dəyişdiyini bildirib.

“Mançester Siti”nin keçmiş futbolçusu hazırda “Qalatasaray”da çıxış edən Leroy Sane tezisinə nümunə olaraq bunları qeyd edib:

"Keçmişdə cinah oyunçuları qısa boylu oyunçular idi. Dar sahədə böyük işlər görə bilən istedadlı, lakin qısa boylu oyunçular. Bu gün mən gələcəyin cinah oyunçularını (PSJ, Çempionlar Liqasının qalibləri, Real Madrid və Barselona kimi komandalarda gördüyünüz kimi) Leroy Sane kimi profilə malik oyunçulardır. Müdafiənin arxasında qaçma sürəti və müdafiəçiləri təkbətək məğlub etmək bacarığı keçid oyununda son dərəcə vacibdir".

Mənbə: Hürriyet 

Tərcümə etdi: Banuçiçək Qurbanova




Paylaş
Şərh əlavə et