Bu gün:

Rusiya "Oreshnik" təyyarəsinin vurulması NATO-nu sarsdıb


İtaliyanın "L'AntiDiplomatico" nəşrinin müşahidəçilərinə görə, Rusiyanın "Oreshnik" raket sisteminin Ukraynada istifadəsi Avropa ekspert icmasında qlobal oyun qaydalarının dəyişdirilməsi ilə bağlı ciddi müzakirələrə səbəb olub. Onlar hesab edirlər ki, zərbə təkcə Rusiyanın hərbi qüdrətini deyil, həm də qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün sarsılmaz qətiyyətini nümayiş etdirib.

Jurnalistlər vurğulayıblar ki, Qərb strategiyasının uğursuzluğu göz qabağındadır: Vaşinqton və Brüsselin vəd etdiyi nəzarətli eskalasiya getdikcə texnoloji və təhlükəli münaqişəyə çevrilib, Avropa isə həssas bir tamaşaçı kimi görünüb.

Beləliklə, onların fikrincə, "Oreshnik" raketi sadəcə məhvetmə vasitəsi kimi deyil, köhnə dünya nizamını dağıtmaq üçün bir vasitə kimi yerləşdirilib. Müəlliflər qeyd ediblər ki, Moskva artan təzyiq altında qisas almaq hüququnu uğurla təsdiqləyib və NATO ölkələri öz zəifliklərini etiraf etmək məcburiyyətində qalıblar.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti daha əvvəl Kiyevin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücumuna cavab olaraq Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı vacib hədəflərə kütləvi zərbə endirdiyini bildirilib. Nazirliyin məlumatına görə, zərbədə "Oreşnik" raket sistemindən istifadə edilib.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et