"Beşiktaş"-da gənc futbolçularla bağlı mühüm bir qərar verilib. Baş məşqçi Sergen Yalçın 21 yaşlı yarımmüdafiəçi Demir Ege Tıknazla bağlı rəhbərliyə müsbət hesabat təqdim edib. Bu hadisədən sonra ağ-qara klub Kartal Kayra Yılmaz kimi Demir Ege Tıknazın da mövsümün sonuna qədər komandada qalacağını təsdiqləyib.

Gənc oyunçu üçün Portuqaliyanın Rio Ave klubundan icarə təklifi almasına baxmayaraq, texniki heyət onu heyətdə saxlamaq qərarına gəlib. Məlum olub ki, Beşiktaş rəhbərliyi yay transfer pəncərəsi ərzində Demir Ege üçün təklifləri qiymətləndirməyi planlaşdırır.
Bu mövsüm "Beşiktaş"-da 16 matçda 635 dəqiqə meydanda olan Demir Ege Tıknazın texniki heyət tərəfindən yaxından izlənildiyi və onun inkişafından məmnunluq duyulduğu bildirilib.
Mənbə: Orta Çizgi
Tərcümə etdi: Zeynəb Şahmarova
