İngiltərənin “Arsenal” futbol klubunun və İngiltərə milli komandasının üzvü Bukayo Saka klubla yeni uzunmüddətli müqavilə imzalayıb. Müqavilə 24 yaşlı futbolçunu London təmsilçisinin ən çox maaş alan oyunçularından birinə çevirəcək.

Bu barədə məlumat BBC Sport nəşrində dərc olunub. Bildirilib ki, yeni razılaşma “Arsenal”ın əsas oyunçularını uzun müddət komandada saxlamaq strategiyasının növbəti nümunəsidir.
Qeyd edək ki, “topçular” daha əvvəl də bir sıra "toggle" oyunçularla uzunmüddətli müqavilələr bağlayıb. William Saliba, Gabriel Magalhaes, Ethan Nwaneri və Myles Lewis-Skelly yay aylarında klubla yeni sözləşmələrə imza atıblar.
2018-ci ildə “Arsenal”ın əsas komandasında debüt edən Bukayo Saka klubun Hale End akademiyasının yetirməsidir və qısa müddətdə əsas fiqurlardan birinə çevrilib. O, ötən mövsüm 37 oyunda 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Həmin mövsüm Saka dekabr ayında əməliyyat tələb edən əzələ zədəsi səbəbindən üç ay yaşıl meydanlardan kənarda qalıb.
2023–2024 mövsümündə ilk dəfə kapitan kimi meydana çıxan Saka 20 qolla komandanın ən məhsuldar futbolçusu olub. Cari mövsümdə isə o, indiyədək 27 oyunda 7 qol və 6 assistlə “Arsenal”ın uğurlarına töhfə verməkdə davam edir.
Klub rəhbərliyi gənc futbolçunun uzun illər “Arsenal”ın əsas sütunlarından biri olacağına inanır və yeni müqavilənin bu məqsədə xidmət etdiyini vurğulayır.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
