Bu gün:

Gün ərzində səhv edilən 9 vərdiş!



Gün ərzində səhv edilən 9 vərdiş! Biz bunu hər zaman edirik, amma, əslində, zərərlidir... 

Gündəlik həyatımızda etdiyimiz fəaliyyətlər doğru ilə səhv salına və dolayısı ilə sağlamlığımıza zərər verə bilər. Ən sadə misalla əlimizi yuyarkən, dişlərimizi fırçalayarkən etdiyimiz səhvlər nəticəsində, istəmədiyimiz sağlamlıq problemləri ilə qarşılaşa bilərik. Gündəlik həyatda doğru bildiyimiz yanlış vərdişlər... 


1. Eyni sabun qabından davamlı istifadə etmək

Sabun çox şeyi təmizləyir, ancaq sabun qabınızı uzun müddət dəyişməmək və ya yerə düşübsə, onu yumadan istifadə etmək sabununuzu virus və bakteriyalara məruz qoya bilər. Sabun qabını tez-tez yaxalamağı unutmayın. 

2. Saxlama qabları

Saxlama qablarına qoyulan qidalar unudulub küflənə bilər. Uzun müddət küfləri saxlasanız, bədəninizə zərər verə bilər. Bəziləri allergik reaksiyaya və tənəffüs zondlarına səbəb ola bilər, hətta zəhərlənməyə səbəb ola bilər. Saxlama qabına qoyduğunuz qidada küf varsa, nəfəs ala bilmək üçün maska taxın və qabı hərtərəfli dezinfeksiya edin.

3. Bazarlardan doğranmış hazır meyvə almaq

Rahatlıq üçün marketlərdə əvvəlcədən doğranmış meyvələrə üstünlük vermək olar. Amma meyvələrin son istifadə tarixinə və gigiyena qaydalarına diqqət yetirmək lazımdır. Çox nadir olsa da, meyvələrdə olan Salmonella, E.coli və digər bakteriyalar qabıqları olmadığı üçün daha tez çoxalırlar.  

4. Popkornu mikrodalğada partladmaq 

Mikrodalğada partladılan popkornun tənəffüs yollarına zərər verdiyi sübut edilmişdir. Bunun səbəbi qarğıdalıda Diasetil adlı maddənin olmasıdır. Bu maddədən xəstələnənlər, adətən, qarğıdalı fabrikində işləyənlər olur. 


5. Dar şalvar

Çox dar şalvar geyinmək mədə-bağırsaq xəstəliklərini daha da pisləşdirə bilər. Dar paltarlar bağırsaqlara və mədəyə təzyiq göstərir. Bəzi hallarda hətta mantar infeksiyasına və sinir sıxılmasına səbəb ola bilər. Əgər paltar bədəninizdə izlər qoyursa, o, sıxdır.  

6. Həddən artıq yetişmiş kartoflar 

Kartofda yüksək miqdarda kalium və digər vacib qidalar var. Ancaq çox uzun müddət gözləyən kartof işığa həddindən artıq məruz qalarsa, solanin toksinini inkişaf etdirir. Bu toksin kartofun qabığının və içinin yaşıllaşmasına səbəb olur. Yaşıl kartof yeyirsinizsə, mədə ağrısı, qusma və qızdırma kimi narahatlıqlar yaşaya bilərsiniz. Çox nadir hallarda, hətta iflicə səbəb ola bilər. 

7.Kran 

Hər gün oyanmaq üçün krandan axan sudan istifadə edirik. Bununla belə, siz fərqinə varmadan dərinizə zərər verə bilərsiniz. Üzün normal pH səviyyəsi 4,7 civarındadır. Kran suyunun pH 5-dən yuxarı qalxa bilər. Bundan əlavə, suda olan kalsium, maqnezium və dəmir kimi sərt metallar sızanaq və quruluğa səbəb ola bilər. 

8. Düyü

Adətən, torpaqda tapılır və tərkibində Bacillus cereus kimi təhlükəli bakteriyalar ola bilər. Lakin bu bakteriya isti mühitdə çoxala bilməz, ona görə də təzə bişmiş düyü problem yaratmır. Bununla belə, düyü istehlak edərkən bayatlaşmamağına diqqət yetirin. 

9. Yeməkdən sonra o saat diş fırçalamaq

Diş həkimlərinin fikrincə, yeməkdən dərhal sonra dişləri  fırçalamaq diş minalarına zərər verə bilər. Yeməkdən sonra ən az 30 dəqiqə gözləmək lazımdır və bir stəkan su içmək diş sağlamlığı üçün daha faydalıdır. Bununla belə, əks arqumentlər də var.


Mənbə: Habertürk

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et