Klubun saytının verdiyi məlumata görə, qanalı hücumçu Antuan Semenyo "Mançester Siti"-yə keçib.

Oyunçunun müqaviləsi 2031-ci ilə qədərdir.
26 yaşlı Semenyo "Bornmut"-da bütün yarışlarda 110 oyuna çıxıb, 32 qol vurub və 13 məhsuldar ötürmə edib. Qanalı futbolçu əvvəllər "Bristol Siti", "Nyuport Kaunti" və "Sanderlend"-də də oynayıb.
Mənbə: News.sportbox.ru
Tərcümə etdi: Zeynəb Şahmarova
