Bu gün:

Google Gmail poçt qutusunu süni intellektlə idarə edir


Google yeni AI Inbox xüsusiyyətini təqdim edir. Bu funksiya istifadəçilərin Gmail poçt qutusunu sadə siyahı şəklində göstərmək əvəzinə, süni intellekt vasitəsilə fərdi to-do siyahıları və vacib mövzuların xülasələrini təqdim edir.

 

Demo göstərisində AI Inbox istifadəçilərə diş həkimi randevusu yeniləmə, məşqçiyə cavab vermə və idman turnirinə ödəniş kimi tapşırıqları tövsiyə edir. Həmçinin, ailə toplantısı və komanda futbol mövsümü kimi mövzuları xülasələyir.

Xüsusiyyət hələlik ABŞ-də “etibarlı testçilər” üçün brauzer vasitəsilə təqdim olunur və yalnız istehlakçı Gmail hesabları üçün mövcuddur. Workspace hesablarında isə hələ aktiv deyil. Google istifadəçinin tövsiyə edilən hərəkətləri həyata keçirib-keçirmədiyini izləmək üçün sistem üzərində işləyir.

Google bildirir ki, AI Inbox ilə təklif olunan tapşırıqların sayı limitsizdir, amma çox sayda tapşırıq istifadəçilərdə inbox stresini artıra bilər.

Bütün Gmail istifadəçiləri, həmçinin fərdi cavab təklifləri, mövzu xülasələri və “Help Me Write” alətinə pulsuz çıxış əldə edirlər. ABŞ-də Google One AI Pro və Ultra abunəçiləri əlavə olaraq yazıları yoxlayan və axtarış nəticələrində AI xülasələri təqdim edən xüsusiyyətlərdən faydalana bilərlər.

İstifadəçilər istədikləri halda süni intellekt xüsusiyyətlərini deaktiv edə bilərlər, ancaq bu zaman digər ağıllı funksiyalar da dayandırılır. Google həmçinin bildirir ki, Gmail məzmunu Gemini AI modellərinin öyrədilməsi üçün istifadə edilmir.

Mənbə: The Verge

Tərcümə etdi: Nərmin Məmmədzadə


Paylaş
Şərh əlavə et