İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Real Madrid” səfərdə “Albasete” ilə qarşılaşacaq. Püşkatma İspaniya Futbol Federasiyasının qərargahında keçirilib. Oyun yanvarın 13, 14 və ya 15-də “Karlos Belmonte” stadionunda tək oyun formatında baş tutacaq.

Hazırda Sequnda Divizionunda 17-ci pillədə olan “Albasete” bu mərhələyə qədər UD San Fernando (0:3), Leqanes (1:2) və Seltanı (2:2, penaltilər 3:0) turnirdən kənarlaşdırıb. Komandalar bu turnirdə indiyədək üz-üzə gəlməyiblər.
Butragenyo: “Çox çətin oyun gözləyirik. Bu cür Kral Kuboku matçları yüksək gərginlikdə keçir. Rəqib azarkeşləri üçün böyük motivasiya olacaq və biz maksimum hazır olmalıyıq.”
Sıx təqvim: “Real Madrid” qısa müddətdə dörd turnirdə mübarizə aparacaq – Superkubok, Kral Kuboku, La Liqa və Çempionlar Liqası.
Kral Kuboku 1/8 final cütlükləri:
• Deportivo – Atletiko
• Rasing – Barselona
• Kultural Leonesa – Atletik
• Albasete – Real Madrid
• Burqos – Valensiya
• Betis – Elçe
• Real Sosyedad – Osasuna
• Alaves – Rayo Valyekano
Mənbə: Real Madrid
Tərcümə etdi: Mələk Nəsirli
