Bu gün:

Neymar "Santos"-la müqaviləsini mövsümün sonuna qədər uzadıb


Braziliyanın "Santos" klubu hücumçusu Neymarla müqavilənin tarixini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı Neymarla müqavilə 2026-cı il mövsümünün sonuna qədər qüvvədədir.

Neymar Avropada "Barselona" və PSJ-də, Səudiyyə Ərəbistanında isə "Əl-Hilal"-da oynadıqdan sonra 2025-ci ilin yanvar ayında "Santos"-a qayıdıb. Onun müqaviləsi 31 dekabrda başa çatıb.

Dekabr ayında Neymar menisk zədəsi səbəbindən əməliyyat olunub, lakin hücumçu 2026-cı il Dünya Kubokunun başlanğıcına qədər tam sağalmağı və Braziliya millisində oynamağı ümid edir.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et