Çin hökuməti Tayvan adasında fəaliyyət göstərən separatçı strukturların daha iki nümayəndəsini “Tayvanın müstəqilliyi”ni fəal şəkildə dəstəkləyən şəxslər siyahısına daxil edib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin nümayəndəsi Çen Binhua qondarma qurumun “daxili işlər naziri” Liu Şi-Fan və “təhsil naziri” Çen İn-Yaonun bu siyahıya salındığını bildirib. Onun sözlərinə görə, “qara siyahı”da yer alan şəxslərin sayı hazırda 14-ə çatıb. Rəsmi açıqlamada qeyd olunub ki, “Tayvanın müstəqilliyi” ideyasını müdafiə edənlər ölkəni parçalamağa və materik Çinlə Tayvan arasındakı münasibətləri pozmağa çalışan qanun pozucularıdır.
Pekin bu şəxslərin qanunvericiliyə uyğun şəkildə cəzalandırılacağını və ömürlük hüquqi məsuliyyət daşıyacaqlarını bəyan edib. Çin tərəfi Tayvan üzərində suverenliyin təmin olunmasını zaman məsələsi hesab edir, lakin bu məqsədə çatmaq üçün bütün mümkün vasitələrin istisna edilmədiyini də vurğulayır.
Arzu Qafarova
