Donald Trampın ən təsirli köməkçilərindən biri bildirib ki, NATO-nu və Arktikanı qorumaq üçün Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır.
CNN-ə verdiyi müsahibədə ABŞ-nin NATO üzvü olan Danimarkaya məxsus yarı-muxtar bölgə Qrenlandiyanı ilhaq etmək üçün güc tətbiqini istisna edib-etmədiyi soruşulduqda, Stiven Miller deyib: “Qrenlandiyanın gələcəyinə görə ABŞ-lə heç kim döyüşməyəcək”.
Bazar günü Tramp ABŞ-nin Qrenlandiyaya “ehtiyacı olduğunu” yenidən vurğulayıb. Bu isə Danimarkanın Baş naziri Mette Frederiksenin narazılığına səbəb olub. O bildirib ki, ABŞ-nin hücumu NATO-nun sonu demək olar.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
