"Mançester Yunayted"-in baş məşqçi vəzifəsinə ən çox təyin olunma ehtimalı olan məşqçi Oliver Qlasner hesab olunur.

Hazırda İngiltərə Premyer Liqasının digər klubu olan "Kristal Palas"-ı çalışdıran Oliver Qlasner boş qalan "Mançester Yunayted" vəzifəsinə əsas namizəd hesab olunur. Onun təyinat ehtimalı 4.50-dir.
Digər ehtimal olunan namizədlər arasında hazırda işsiz olan Xavi və İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt də var. Xavinin "Mançester Yunayted"in baş məşqçisi olma ehtimalı 11.00, Sautqeyt isə 13.00-dır.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Zeynəb Şahmarova
